Bakıda qəza - Sürücü maşını beton maneəyə çırpdı
Bizi izləyin

Hadisə

Bakıda qəza - Sürücü maşını beton maneəyə çırpdı

Bakının Nərimanov rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, prospektlə Koroğlu Rəhimov küçəsi istiqamətində hərəkətdə olan 99-LF-569 qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı beton maneəyə çırpılıb. Nəticədə sürücü yüngül xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları gəlib və müayinələr aparılıb. Məlum edilib ki, yol sürüşkən olduğu üçün sürücü idarəetməni itirib və qəza törədib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm