Bıçaqla banka basqın etdi - BAKIDA - FOTOLAR
Bizi izləyin

Hadisə

Bıçaqla banka basqın etdi - BAKIDA - FOTOLAR

Yanvarın 18-də paytaxtın Yasamal rayonu ərazisindəki banklardan birinə basqın edən, paytaxt sakini Nazim Məmmədov Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, paytaxtda fəaliyyət göstərən banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Banka daxil olan şəxs əlindəki bıçaqla xəzinədarı hədələyib.

Şikayətin ardından idarənin əməkdaşları dərhal operativ olaraq hadisə yerinə çıxıb və quldurluq edən şəxsi saxlayıblar.

Saxlanılan şəxsin üzərindən götürülən bıçaq ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı istintaq davam etdirilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm