Suraxanıda iki avtomobil oğurlandı
Bizi izləyin

Hadisə

Suraxanıda iki avtomobil oğurlandı

Bakının Suraxanı rayonunda avtomobil oğurluğu edilib.

Publika.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə Yeni Günəşli və Zığ qəsəbələrindən 2 avtomobilin qaçırılması barədə məlumatlar daxil olub.

Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun “VAZ-2104”, Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin “VAZ-21074” markalı avtomobillərin qaçırılmaları müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə “VAZ-2104” markalı avtomobil qısa zamanda Naximov küçəsində tapılıb.

Əməliyyat-axtarış tədbirləri ilə maşınları qaçırmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması müəyyən edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm