Bakıda türkiyəli iş adamının evi qarət olundu: 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl
Bizi izləyin

Hadisə

Bakıda türkiyəli iş adamının evi qarət olundu: 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl

Bakıda türkiyəli iş adamının evi qarət edilib.

Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Selçuk Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir.

Qeyd edək ki, Selçuk Mahmud oğlu Tapan Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm