Hadisə
"Arvadım çox deyinirdi, boğub öldürdüm" - BAKIDA ŞOK OLAY
Yanvarın 24-nə keçən gecə Suraxanı rayonu, Əmircan qəsəbəsində 33 yaşlı kişinin keçmiş həyat yoldaşını boğaraq öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Hasil Bayramov küçəsində yerləşən mənzildə 1985-ci il təvəllüdlü Babayev Rahib Telman oğlunun 1992-ci ildə anadan olmuş Orucəliyeva Ülviyyə Sulduz qızını ailə münaqişəsi zəminində öldürdüyü məlum olub.
Bildirilir ki, onlar rəsmən boşansalar da, birgə yaşamağa davam ediblər. Hətta R.Babayev birgə yaşamalarına baxmayaraq, məhkəmənin 2 övladı ilə bağlı təyin etdiyi aylıq alimenti də ödəyirmiş. Fəhlə işləyən Rahib eyni zamanda ailəsi ilə əlaqələrini kəsməyib. Lakin onunla rəsmən boşandığı həyat yoldaşı arasında vaxtaşırı mübahisələr davam edirmiş.
Yanvarın 23-də axşam saatlarında onlar növbəti dəfə mübahisə ediblər. Daha sonra uşaqlar yatıb. R.Babayev də yuxuya gedib.
Həyat yoldaşını öldürəndən sonra polisə təslim olan 33 yaşlı Rahib Babayev deyib ki, yatandan sonra xanımı onu oyadıb və deyinməyə davam edib. Buna əsəbləşən R.Babayev gecə saat 3 radələrində 26 yaşlı Ülviyyəni boğmağa başlayıb. Qadının öldüyünü görən kişi dərhal küçəyə çıxıb və Əmircanda küçədən keçən post patrol maşınının qarşısını kəsərək arvadını öldürdüyünü, polisə təslim olmaq istədiyini deyib. Hadisə yerinə gələn polislər Rahibin doğru dediyini görüblər.
Faktla bağlı araşdırmalar davam etdirilir. (lent.az)
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?