Şəmkirdə qəza: "Mercedes"i beton maneəyə çırpdı
Bizi izləyin

Hadisə

Şəmkirdə qəza: "Mercedes"i beton maneəyə çırpdı

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Şəmkir rayonu ərazisində, Şəmkir şəhərinə istiqamətlənən yol ayrıcında baş verib. Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza zamanı iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm