Hadisə
Zakir Qaralov jurnalistin ölümü ilə bağlı rusiyalı həmkarına müraciət etdi
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının Həştərxan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət edib.
Bu barədə Publika.az- Baş Prokurorluqdan məlumat verilib.
Müraciətdə Ü.Şamilqızının 23 yanvar 2018-ci il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində yolu keçərkən avtomobil tərəfindən vurulması nəticəsində vəfat etməsinin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilib.
Eyni zamanda, həmin faktla bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə İstintaq İdarəsi tərəfindən cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırma aparılmasına və təqsirkar şəxsin hərəkətlərinə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.
-
Magazin212:40
"Kızılcık şerbeti"nin aktrisasının başına iş gəldi
-
Ekologiya12:30
Sabah hava necə olacaq? - PROQNOZ
-
Nida Xəbər 12:10
İlham Əliyev və Rəisi açılışda iştirak edir - FOTO
-
Qoroskop11:45
Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?
-
Nida Xəbər 11:05
Tağı Əhmədovu tanımaq mümkün olmadı - Son GÖRÜNTÜSÜ
-
Sağlamlıq09:24
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
-
Magazin109:00
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
-
Avropa08:48
Nəhəng meteorit görənləri heyrətə gətirdi - VİDEO