Bərdədə 16 yaşlı qız qaçırıldı - TƏFƏRRÜAT - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bərdədə 16 yaşlı qız qaçırıldı - TƏFƏRRÜAT - (YENİLƏNDİ)

Bərdə rayon Lənbəran kənd bələdiyyəsindən Publika.az-a verilən məlumata görə, qız istədiyi oğlan tərəfindən qaçırılıb: “Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva dünən istədiyi oğlan tərəfindən qaçırılıb. Qızın ailəsi qaçıran şəxsin kim olduğunu bilir. O, kənd sakini Cahəddin adlı şəxsin oğlu tərəfindən qaçırılıb. Oğlanın adını dəqiq bilmirəm. Qızın atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib. Dünən axşama qədər axtardılar, amma tapa bilmədilər. Deyilənə görə, oğlan qızı ailəsindən istəyib, qızı ona vermədikləri üçün qaçırdıb”.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışları davam etdirir.

***

Bərdə rayonunda 16 yaşlı qız qaçırılıb.

Hadisə Lənbərən kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. Onun atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O, qeyd edib ki, övladı yetkinlik yaşına çatmayıb və məktəblidir.

M.Hacıyevanın atası həmçinin şikayətini qızının zorla qaçırılması ilə əsaslandırıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlər görülür.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm