Hadisə
Şirvan sakinindən külli miqdarda heroin götürüldü - - FOTO
Narkotik vasitə olan heroinin alveri ilə məşğul olan Şirvan sakini saxlanılıb.
Şirvan polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan sakini, 1987-ci il təvəllüdlü İsayev Əli Vahid oğlu saxlanılıb.
Kriminal dairələrdə “Ququ” ləqəbi ilə tanınan, əvvəllər 3 dəfə məhkum olunan narkotacir əməliyyat məlumatı əsasında saxlanılarkən onun üzərindən 0,367 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Məhkəmənin qərarı əsasında Əli İsayevin yaşadığı Ş.Şükürov döngə 5 ev 21 ünvanında axtarış aparılan zaman oradan müxtəlif otaqlardan bükümlərə ayrılmış vəziyyətdə, ümumi çəkisi 302,726 qram güclü təsiredici narkotik vasitə olan heroin götürülüb. Eyni zamanda saxlanılan şəxsin evindən narkotik vasitələrin alveri üçün nəzərdə tutulan 2 ədəd elektron zərgər tərəzisi, 5 ədəd soyuq silah kimi istifadə oluna bilən bıçaq aşkar edilərək götürülüb.
Barəsində zəruri istintaq hərəkətlərini davam etdirilməklə narkotik vasitələrin satışı ilə məşğul olan Əli İsayevin əməllərinə hüquqi qiymət verilməsi istiqamətində Şirvan polis şöbəsinin istintaq idarəsi tərəfindən cinayət məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!