Əfqan Muxtarlı azadlığa buraxıldı - 2 günlük
Bizi izləyin

Hadisə

Əfqan Muxtarlı azadlığa buraxıldı - 2 günlük

Həbsdə olan jurnalist Əfqan Muxtarlı bacısının 40 mərasimində iştirak etmək üçün azadlığa buraxılıb.

Publika.az xəbər verir ki, Əfqan Muxtarlıya yas mərasimində iştirak etmək üçün 2 gün icazə verilib.

2017-ci il dekabrın 31-də jurnalistin Zaqatala şəhərində kirayədə yaşayan bacısı Muxtarlı Nuranə Sabir qızının, onun azyaşlı övladının, eləcə də qardaşı Ramazan Muxtarlının azyaşlı övladının meyitləri aşkarlanıb.

İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuzkeçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm