13 mağazanı talan edən qrup saxlanıldı
Bizi izləyin

Hadisə

13 mağazanı talan edən qrup saxlanıldı

Qusar Kuzunqışlaq kəndindəki mağazadan birindən oğurluq edən dəstə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Publika.az-a verilən məlumata görə, qrup üzvlərinin mağazadan 700 manat pul, 1ədəd “HP” markalı kompüter, 1 ədəd printer, 1 ədəd “Nokia” markalı mobil telefon, 91 qutu müxtəliv növ tütün məmulatı və ərzaq məhsullarının oğurlandığı məlum olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şühbəli bilinən 3 nəfər saxlanılıb. Baxış zamanı əvvəllər məhkum olmuşlar - Xaçmaz rayon sakini Saleh Osmanov, Xudat şəhər sakinləri İsmayıl Həsənov və Mirzaqa Cəlilovun üzərindən metal linglər, qara maska və əlcək aşkar olunub.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər cinayətlərinin də üstü açılıb. Onların ötən ilin noyabr ayından bu ilin fevral ayınadək olan müddətdə Qusar, Quba, Şabran və Xaçmaz rayonlarında 13 mağazadan pul, danışıq kartları, müxtəliv növ tutun məmulatları və ərzaq məhsulları oğurladıqları müəyyən edilib.

Dəstə üzvlərindən oğurladıqları əşya, texniki vasitələr, ərzaq və digər məmulatların bir hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Qeyd olunan faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm