Hadisə
Ucarda avtomobil piyadanı öldürdü
Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün axşam saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.
Ucar rayon sakini Rüstəm Hüseyn oğlu Ağayev idarə etdiyi "Opel" markalı minik maşını ilə yolu keçmək istəyən rayonun Qarabörk kənd sakini, 1958-ci il təvəllüdlü Maarif Əliyyə oğlu Murzəliyevi vurub.
Ağır xəsarət alan zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, M. Murzəliyevə ilkin tibbi yardım göstərilsə də, o, xəstəxanada ölüb.
Məlumata görə, M. Mirzəliyev şəhər 5 saylı tam orta məktəbdə mühafizəçi işləyib. Hadisədə məhz məktəbin qarşısında baş verib. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO