Rusiyada maşın oğurlayan azərbaycanlı tutuldu - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Rusiyada maşın oğurlayan azərbaycanlı tutuldu - FOTO/VİDEO

Rusiyada yaşayan azərbaycanlı maşın oğurluğuna görə saxlanıldı.

Publika.az xəbər verir ki, hadisə ölkənin Volqoqrad şəhərində baş verib. 24 yaşlı azərbaycanlı başqasına aid olan "Lada Vesta” markalı avtomobili qaçırtmaq istəyib. Lakin hadisə yerindən uzaqlaşmağa müvəffəq olmamış dövlət yol təhlükəsizliyi müfəttişliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Maşını qaçıran şəxsin tutulduğu anın görüntüləri yayılıb. O müfəttişin suallarına cavab verərkən doğum tarixini və azərbaycanlı olduğunu desə də, özünü təqdim etməyib. Bildirib ki, Azərbaycandan gedib və Rusiyada 3 illik müvəqqəti yaşamaq icazəsi var.

O suallara cavab verərkən qeyd edir ki, avtomobilin açarlarını oğurlamayıb, onu Texniki Universitetin çıxışında tapıb. Maşını görüb və onu sadəcə sürmək istəyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm