Hadisə
Yol qəzasında iki uşaq yaralandı, biri maşının şüşəsindən yerə düşdü
Rusiyanın Sankt-Peterburq vilayətinin Primorski diyarında ikisi azyaşlı olmaqla üç azərbaycanlının iştirakı ilə yol qəzası baş verib.
Hadisə ötən gün axşam saat 20:00 radələrində Boqatırski prospekti ilə Yaxtennaya küçəsinin kəsişməsində qeydə alınıb.
Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ" markalı avtomobil iki xarici markalı maşınla toqquşub.
Polis əməkdaşlarının Sankt-Peterburqda Uşaq Hüquqları üzrə Müvəkkil Svetlana Aqapitovaya bildirdiklərinə görə, qəzaya qarşıdan gələn maşınlara yol verməyən "VAZ"ın sürücüsü səbəb olub.
Qəza zamanı Azərbaycan vətəndaşının avtomobilinin qarşı oturacağında bir təhlükəsizlik kəməri ilə bağlanmış iki azyaşlı övladı olub. Zərbənin gücündən onlardan biri - 6 yaşlı oğlan maşının alın şüşəsindən bayıra çıxıb. Uşaq ağır vəziyyətdə N19 saylı Uşaq Şəhər Xəstəxanasına çatdırılıb.
Tibb müəssisəsindən verilən məlumata görə, uşaq ciddi kəllə-beyin travması alıb. Onun ağ ciyərləri Reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub. Ailənin qəza zamanı xəsarət alan kiçik qız övladı Müqəddəs Mariya Maqdalina adına N2 saylı Uşaq Şəhər Xəstəxanasına yerləşdirilib. Qardaşına nisbətdə onun vəziyyəti elə də ağır deyil. Uşaq özündədir və həyatı üçün heç bir təhlükə yoxdur. (Report)
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik