FHN azyaşlı uşağı xilas etdi
Bizi izləyin

Hadisə

FHN azyaşlı uşağı xilas etdi

Paytaxtın Yasamal rayonunda köməksiz qalan bir nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib. Əməliyyat başa çatıb.​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm