• USD 1,7000 0,00% EUR 1,9254 -0,67%
    • GBP 2,1593 -0,51% RUB 0,0255 +1,57%

Balakən sakinindən 7 nəfərə qarşı AĞLASIĞMAZ ƏMƏL: dəfələrlə... - ŞOK TƏFƏRRÜAT

  • Hadisə
  • 15 Fevral 2018 11:32
  • 861 Baxış
Balakən sakinindən 7 nəfərə qarşı AĞLASIĞMAZ ƏMƏL: dəfələrlə... - ŞOK TƏFƏRRÜAT

Dələduzluqda təqsirli bilinərək həbs edilən Balakən rayon sakini, 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Təbriz Аbdullаyev 2016-cı ilin fevralında Balakən rayonunun Xalat­ala kəndi ərazisində, həmin kənd sakini Hacı Seriyevə məxsus iki baş iribuynuzlu heyvanı idarə etdiyi avtomobillə vurduğ­unu deyib.

Həmin heyvanın tələf etdiyini yalandan bildirməklə, əvəzini sahibinə qaytarmaq adı ilə pulunu sonradan verəcəyinə vəd verib. O, Hacı Seriyevi aldadaraq, ona məxsus 1000 manat dəyərində iki baş iribuynuzlu heyvanını dələduzluq yоlu ilə ələ keçirib.

Bundan başqa, Təbriz Abdullayev həmin ay həmkəndlisi Hacı Seriyevi təkrar aldatmağı bacarıb. O, Hacı Seriyevi tanışının vasitəsi ilə “Azəryem Sənaye” MMC-yə fəhlə işinə düzəldəcəyinə vəd verib və onun 160 manat məbləğində pulunu alıb.

Qardaşına toy edəcəkdi...

Daha sonra Təbriz Abdullayev 2016-cı ilin sentyabrında Balakən rayonunun Mahamalar kəndi ərazisində özünü yalandan Eşqin adlı şəxs kimi təqdim edib, qardaşı olmadığı halda, Rusiya Federasiyasından gələn qardaşının toyu olacağını, toy üçün heyvan lazım olduğunu bildirib.

Bu yolla o, kənd sakini Məhəmməd Əhmədova pulunu sonradan verəcəyinə vəd verib. Və aldatma yolu ilə Məhəmməd Əhmədova məxsus 700 manat dəyərində bir baş iribuynuzlu inəyi dələduzluq yolu ilə ələ keçirə bilib.

Təbriz Abdullayev növbəti dələduzluq əməlini həmin ilin sentyabrında Balakən rayonunun Tülü kənd sakini İlkin Süleymanova qarşı törədib. O, İlkin Süleymanova dağ ərazisində özünə məxsus 700 baş xırda buynuzlu heyvanı olduğunu yalandan bildirib, ona toy etməsi üçün 7 baş xırdabuynuzlu heyvan verəcəyinə vəd verib. Təbriz Abdullayev aldatma yolu ilə zərərçəkmişdən 700 manat alıb.

Bacısını toyuna necə hazırlıq görüb?

Təbriz Abdullayev daha sonra Balakən rayonunun Gərəkli kəndi ərazisində bacısının toyu 2008-ci ildə olduğu halda, yalandan bacısının toyu olacağını və toy üçün heyvan lazım olduğunu bildirib. O, həmin kənd sakini Rafiq Abdullayevə pulunu sonradan verəcəyinə vəd verib, aldatma yolu ilə 660 manat dəyərində 7 baş xırdabuynuzlu heyvanı ələ keçirə bilib.

Bundan başqa, Təbriz Abdullayev 2016-cı ilin oktyabrında Balakən şəhəri ərazisində İsa Məmətiyevə yalandan qoz-fındıq ləpəsinin satışı ilə məşğul olduğunu bildirib. O, İsa Məmətiyevə qoz ləpəsini sonradan verəcəyinə vəd verib. bu yolla o, İsa Məməyiyevdən 120 manat məbləğində pul alıb.

Təbriz Abdullayev bundan bir neçə gün sonra dələduzluq hərəkətlərinin davamı olaraq İsa Məmətiyevə yalandan arvadının dünyaya ölü uşaq gətirdiyini və əməliyyat üçün pul lazım olduğunu bildirib. O, İsa Məmətiyevdən 400 ma­nat məbləğində yenidən pul alıb.

Təbriz Abdullayev həmçinin bacısının toyu ilə əlaqədar ət almaq üçün pul lazım olduğunu İsa Məmətiyevə bildirib və ondan sonda 40 manat alıb.

Təbriz Abdullayev daha bir dələduzluq əməlini 2016-cı ilin oktyabrında Balakən rayonunun Katex kənd sakini Cuma Qocayevə qarşı törədib. O, özünü yalandan Təbriz Paçalov kimi təqdim edərək, bacısının toyu olacağını və toy üçün heyvan lazım olduğunu Cuma Qocayevə bildirib. Bu adla o, Cuma Qocayevə pulunu sonradan verəcəyinə vəd verərək, sonuncuya məxsus 750 manat dəyərində bir baş iribuynuzlu heyvanı dələduzluq yolu ilə ələ keçirib.

Yol qəzası və dələduzluq

Təbriz Abdullayevin sonuncu dələduzluq əməli 2017-ci ilin ma­rt ayına təsadüf edib. O, Balakən rayonunun Qullar kənd sakini İbrahim Annaqiyevə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində üç baş xırdab­uynuzlu heyvanı idarə etdiyi avtomobillə vuraraq tələf etdiyini yalandan bildirib. O, zərərin ödənilməsini sahibinə bildirib, pulunu sonradan verəcəyinə vəd verib. Təbriz Abdullayev aldatma yolu ilə İbrahim Annaqiyevə məxsus 150 manat dəyər­ində iki baş xırdabuynuzlu heyvanını dələduzluq yolu ilə ələ keçirib.

Dələduzluq və 3 il 6 ay cəza

Təbriz Abdullayevə Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Balakən rayon Məhkəməsinin hökmü ilə Təbriz Abdullayev 3 il 6 ay mü­ddətinə azadlıqdan məhrum edilib, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Həmçinin məhkəmə zərərçəkmişlərin təqsirləndirilən şəxsə qarşı mülki iddalarını təmin etməyib. Hökmdə göstərilib ki, zərərçəkmişlərə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət edə bilərlər, Təbriz Abdullayevdən şikayətçi ola bilərlər.

Hökmdən narazı qalan Təbriz Abdullayev apelyasiya şikayəti verərək, işinə yenidən baxılmasını, cəzasını həbs olmayan cəza növü ilə əvəz edilməsini xahiş edib.

Təbriz Abdullayevin şikayəti araşdırılması üçün Şəki Apelyas­iya Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Ziyanı ödəyə bilməyib”

Təqsirləndirilən şəxsin vəkili Samir Şərifov bildirib ki, Təbriz Abdullayev maddi imkansızlığı ilə bağlı Balakən rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli hökmü qəbul edilənədək zərərçəkmiş şəxs­lərə vurduğu ziyanı ödəyə bilməyib: “O, işə baxan hakimdən maddi ziyanın ödənilməsinə görə ona vaxt verilməsini xahiş etməsinə baxmayaraq, onun xahişi nəzərə alınmayıb və iş üzrə hökm qəbul edilib. Təbriz Abdullayev buna baxmayaraq, valideynləri vasitəsi ilə iş üzrə zərərçəkmiş şəxsləri tapıb və onlara dəyən maddi ziyanı tam həcmdə ödəyib, o cümlədən, onlarla barışıq əldə edib. Bundan sonra, iş üzrə zərərçəkmiş Hacı Seriyev, Məhəmməd Əhmədov, İlkin Süleymanov, Rafiq Abdullayev, İsa Məmətiyev, Cuma Qocayev və İbrahim Annaqiyev Balakən rayon notariat kontoruna gedərək, onlara dəymiş maddi ziyanın ödənilməsi, təqsirləndirilən şəxslə barışmaları, ondan heç bir şikayətlərinin olmaması və ona cəza təyin edilərkən həmin xüsusatların nəzərə alınması barədə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ərizə yazıblar. Onlar həmin sənədləri imzalayaraq dəymiş ziyanın ödənilməsini həqiqiliyini təsdiq ediblər”.

“Cəza yüngülləşdirilməlidir”

Vəkil daha sonra qeyd edib ki, Təbriz Abdullayevin zərərçəkmiş şəxslərlə barışması və onlara dəymiş ziyanı tam həcmdə ödəməsi cəzanı yüngülləşdirən hal olmaqla yanaşı, ona təqsirləndirildiyi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin saksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın, yəni cərimə cəzasının təyin edilməsi üçün əsas yaradıb: “Ona görə də, Balakən rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli hökmünü Təbriz Abdullayevə cəza təyin edilməsi hissəsində dəyişdirilməli, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməli və təyin edilmiş cəza Təbriz Abdullayevin həbsdə saxlanıldığı müddətlə əvəz olunmalıdır”.

Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırıb ki, səhv edib, törətdiyi cinayət əməlindən çox peşman olub, zərərçəkmiş şəxslərin hamısına vurduğu maddi ziyanı ödəyib və onlarla razılıq əldə edib: “Ha­zırda zərərçəkmiş şəxslərin məndən şikayəti yoxdur. Ona görə də, butün bunları nəzərə alaraq Balakən rayon məhkəməsinin hökmünün dəyişdirilməsini, mənə təyin olunmuş cəzanın yüngül­ləşdirilməsini, həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm”.

Yekin cəza: 3 min manat cərimə

Məhkəmə iclаsındа çıxış edən dövlət ittihаmçısı Surac Salmanov apelyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu bildirib. O, apelyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını tələb edib.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Təbriz Abdullayev və onun müdafiəçisinin apelyasiya şikayəti təmin edilib. Məhkəmə Təbriz Abdullayevin barəsində olan hökmü dəyişdirilməsi barədə qərar elan edib.

Məhkəmə onu 3 min manat miqdarında cərimə edib. Təbriz Abdullayevin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hacı Zeynalov

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>