Bakıda qadınlar arasında dava düşdü, gənc qız xəsarət aldı
Bizi izləyin

Hadisə

Bakıda qadınlar arasında dava düşdü, gənc qız xəsarət aldı

Sabunçu rayonunda qonşu qadınlar arasında dava olub.

"Report"un xəbərinə görə, hadisə Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə baş verib.

1988-ci il təvəllüdlü Ramazanova Mehriban Tofiq qızı qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı qonşusu M. Ramazanovanın saçından tutaraq onun başını yerə vurub. Nəticədə M.Ramazanova kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm