Ötən gün ölkə ərazisində 106 cinayət faktı qeydə alındı
Bizi izləyin

Hadisə

Ötən gün ölkə ərazisində 106 cinayət faktı qeydə alındı

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

DİN-dən Publika.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm