• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Gürcüstandan Azərbaycana qızıl keçirən qadın yaxalandı

  • Hadisə
  • 20 Fevral 2018 11:22
  • 538 Baxış
Gürcüstandan Azərbaycana qızıl keçirən qadın yaxalandı

Azərbaycana qaçaqmal yolu ilə qızıl-zinət əşyaları keçirən qadın saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Smiths detektion Heimann X-ray" yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib.

Baxış zamanı, xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 58,2 qram olan 1 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 4 cüt qızıl sırğa və 10 ədəd qızıl boyunbağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR