Axtarışda olan 26 nəfər saxlanıldı
Bizi izləyin

Hadisə

Axtarışda olan 26 nəfər saxlanıldı

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 11-nin açılması təmin olunub.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb, axtarışda olan 26 nəfər isə saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm