Axtarışda olan 33 nəfər saxlanıldı
Bizi izləyin

Hadisə

Axtarışda olan 33 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 243 cinayət faktı qeydə alınıb, onların da 41-i “isti izlər”lə açılıb.

Publika.az-a DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 15-nin açılması təmin olunub.

Qeyd olunur ki, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm