Bələdiyyə sədri həbs edildi
Bizi izləyin

Hadisə

Bələdiyyə sədri həbs edildi

Mənimsəmədə təqsirləndirilən Abşeron rayonunun Məhəmmədli bələdiyyəsinin sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vaqif Nəbiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından həbs edilib.

İttihama görə, Vaqif Nəbiyev Abşeron rayon Məhəmmədli Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. O, bu vəzifədə çalışarkən qulluq mövqeyindən istifadə edərək, 2015-ci ildə kənd ərazisində olan 30 sot torpaq sahəsini zərərçəkmiş şəxsə satacağını deyərək, ondan 23 min manat pul alıb.

Bundan sonra Vaqif Nəbiyev vədinə əməl etməyib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dəldəzuluq etmək) maddəsi ilə cinayət işi açılıb.

Bundan başqa, Vaqif Nəbiyev bələdiyyə üzvü Nazim Pənahovla birlikdə daha bir dələduzluq cinayəti törətməkdə təqsirli bilinir. Həmin iş üzrə də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sərliyi ilə araşdırma aparılır.

Həmin araşdırmalar üzrə məhkəmə istintaqı başa çatıb və prokuror ittiham nitqi ilə çıxış edib. Ittihamçı Vaqif Nəbiyevin 8 il, Nazim Pənahovun isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Bu ittihama görə, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyev və bələdiyyə üzvü Nazim Pənahovun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb.

Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa 99 min manat miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəməklə ələ keçirməsi olub.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm