Kəmalə Ağazadəyə qarşı cinayət işi açıldı
Bizi izləyin

Hadisə

Kəmalə Ağazadəyə qarşı cinayət işi açıldı

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin barəsində cinayət işi başlanıb. Cinayət işini birlik sədrinin qohumu və Birliyin keçmiş əməkdaşı Həcər Kəngərlinin şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsi qaldırıb.

Şikayətçi iddia edir ki, K.Ağazadə onun və iş yoldaşlarının 8 aylıq əməkhaqqını məcburən alıb.

Kəmalə Ağazadə Publika.az-a açıqlamasında bildirib ki, hazırda istintaq davam etdiyindən mətbuata açıqlama verməsi doğru deyil:

“İstintaq nəticəsində kimin haqlı, kimin haqsız olması, pul mənimsəməsi bəlli olacaq. Hər şeyə hüquq-mühafizə orqanları öz qiymətini verəcək”.

Birlik sədri bildirib ki, istintaq bitəndən sonra mətbuat konfransı keçirib, lazımi açıqlama verəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm