Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanıldı
Bizi izləyin

Hadisə

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 96 cinayət faktı qeydə alınıb ki, bunların 15-i “isti izlər”lə açılıb.

Publika.az xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin üstü açılıb.

Axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 5 nəfər xəsarət alıb. ışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm