Oğurladığı pulların hamısını sahibinə qaytardı
Bizi izləyin

Hadisə

Oğurladığı pulların hamısını sahibinə qaytardı

Astara sakininin evindən 12 min dollar və 335 avro oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Astara sakini Elman Novruzov fevralın 27-də Rayon Polis Şöbəsinə müraciət edib.

O, şəhərin Səməd Vurğun küçəsində yerləşən evindən 12000 dollar və 335 avro oğurlanması barədə məlumat yayıb. Hadisə axşam saatlarında sahibinin evdə olmadığı vaxt baş verib. Təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğu törədən şəxslər aşkarlanaraq polis tərəfindən saxlanılıb. Faktı törədənlərin elə qonşuluqda yaşayan Astara sakinləri Kənan Bayramlı və Kənan Novruzov olduğu müəyyən edilib. Oğurlanan pulların hamısı onlardan aşkar edilərək sahibinə qaytarılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm