Gömrükçülər pirotexniki vasitələr aşkarladı - FOTO
Bizi izləyin

Hadisə

Gömrükçülər pirotexniki vasitələr aşkarladı - FOTO

Gömrükçülər pirotexniki vasitələr aşkar edib.

Publika.az-a Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21120"markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qabaq və arxa buferlərində gizlədilən 450 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm