Əvvəl məhkum olmuş Bakı sakinlərdən silah aşkarlandı
Bizi izləyin

Hadisə

Əvvəl məhkum olmuş Bakı sakinlərdən silah aşkarlandı

Bakının Nəsimi və Nərimanov rayonlarında əvvəllər məhkum olunmuş şəxslərdə silah aşkarlanıb.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

Həmçinin Nərimanov Rayon Polis İdarəsinin 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərovdan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm