Meşədə itkin düşən 18 yaşlı oğlanın meyiti tapıldı - Azərbaycanda
Bizi izləyin

Hadisə

Meşədə itkin düşən 18 yaşlı oğlanın meyiti tapıldı - Azərbaycanda

Şabran rayonunda meşə massivində meyit tapılıb.

Publika.az APA-ya istinadən verdiyi məlumata görə, rayonun Xəlfələr kəndində aşkar edilən cəsədin 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olduğu bildirilir.

Həmin şəxs fevral ayının 26-dan itkin düşən şəxs kimi qeydiyyatda olub. İlkin ehtimala görə, E. Əzimov yıxılaraq aldığı xəsarətdən dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm