Evində özünü öldürmək istədi - Gəncədə intihara cəhd
Bizi izləyin

Hadisə

Evində özünü öldürmək istədi - Gəncədə intihara cəhd

Fövqəladə Hallar Nazirliyi(FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə intihara cəhd olması barədə məlumat daxil olub.

Publika.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər polis əməkdaşlarının iştirakı ilə giriş qapısını açaraq mənzilə daxil olublar. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm