Qaxda yol qəzası baş verib, ölən və yaralananlar var (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Qaxda yol qəzası baş verib, ölən və yaralananlar var (YENİLƏNDİ)

Qaxda baş verən yol qəzasında 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndi ərzisində baş verib. “Volkswagen” markalı, “34 BE 852” dövlət nömrə nişanlı minik avtomobili ilə “VAZ-21011” markalı "62 BC 796” dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər hadisə yerində ölüb, ikisi ağır olmaqla 7 nəfər isə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan verilən məlumata görə, yaralılardan rayonun Əlibəyli kənd sakini 20 yaşlı Sioşvili Laşa Aludayeviç ağır qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib, digər hələki şəxsiyyəti bilinməyən 6 nəfər isə cərrahiyə şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinə aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Qax rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Alatəmir kəndində qeydə alınıb.

Belə ki, "Volkswagen" markalı avtomobillə "VAZ-21011" markalı minik maşını toqquşub. Nəticədə 1 nəfər ölüb, 3-dən çox insan ağır xəsarət alıb (Report.az).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm