İNANILMAZ QAYIDIŞ: Ağcabədidə zorla qaçırılan qız tapıldı
Bizi izləyin

Hadisə

İNANILMAZ QAYIDIŞ: Ağcabədidə zorla qaçırılan qız tapıldı

Ağcabədidə maşının şüşələri sındırılaraq qaçırılan Sevinc Musayeva tapılıb.

Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəlibəyova deyib.

Onun sözlərinə görə, qız hazırda anasının yanındadır: "Oğlan evi Sevinc İsmayılovanı qaçırıb İsmayıllıda gizlətmişdilər. Qız deyir ki, “gördüm məni ortaya çıxartmaq fikirləri yoxdur. Bilirdim ki, valideyinlərim də narahatdır. Odur ki, bir çıxış yolu gəldi beynimə. Onları aldatdım. Dedim ki, məni axtarırlar. Gedək polis şöbəsinə yazım ki, mən özüm istəyimlə gəlmişəm. Onlar da mənə inandı. Polis şöbəsinə girəndə qışqırmağa başladım: mən bu oğlanı istəmirəm, məni məcbur aparıblar, onunla ailə qurmaq istəmirəm. Məni xilas edin, əgər məni onlara versəniz, özümü öldürəcəm, dedim”. İndi qız valideyinlərinin yanındadır”.

Mətanət Fərzəlibəyova qeyd edib ki, Sevinc Musayevanın səhhətində bəzi problemlər yaranıb: “Anası dedi ki, qız çox qorxub. Bir ay ona icazə verin, özünə gəlsin. Qıza heç bir zor tətbiq olunmayıb, hər şey qaydasındadır”.

Qeyd edək ki, bir müddət öncə Ağcabədi rayonunda 21 yaşlı tələbə qaçırılıb. Hadisə, qız dərsdən evə qayıdarkən baş verib. 7 oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıblar.

21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir. (aznews.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm