Qətldə təqsirləndirilən Rusiya vətəndaşı Gürcüstanla sərhəddə tutuldu
Bizi izləyin

Hadisə

Qətldə təqsirləndirilən Rusiya vətəndaşı Gürcüstanla sərhəddə tutuldu

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən cinayət törətdiklərinə görə axtarışda olan şəxslərin aşkarlanması istiqa­mətində uğurlu tədbirlər davam etdirilir.

DSX-nın Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, 2018-ci ilin 5 mart tarixində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana keçərkən, 2017-ci ildə ölüm hadisəsi törətməkdə şübhəli bilindiyinə görə barəsində axtarış elan olunmuş, 11.11.1983-cü il təvəllüdlü, Rusiya vətəndaşı Mamedov İntiqam Novruz oğlu Dövlət Sərhəd Xid­mətinin əməkdaşları tərəfindən saxlanılaraq DİN Tovuz rayon polis şöbəsinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm