Hadisə
Bakıda yük maşını ana və iki uşağını vurdu, sürücü hadisə yerindən qaçdı
Bakıda ana və iki uşağını maşın vurub.
Hadisə Xətai rayonu, Nargilə kafesi yaxınlığında qeydə alınıb. Azər Kərimov idarə etdiyi “Hyundai” markalı yük maşını ilə idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar – 1984-cü il təvəllüdlü Aygün Əliyevanı, onun övladları – 2012-ci il təvəllüdlü Rəna Əliyeva və 2008-ci il təvəllüdlü Almaz Əliyevanı vurub. Xəsarət alan ana və övladları xəstəxanaya yerləşdirilib.
A.Kərimov hadisəni törədəndən sonra qaçıb. Hazırda onun yerinin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir. (apa)
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!