Bakıda taksi sürücüsü bıçaqlandı
Bizi izləyin

Hadisə

Bakıda taksi sürücüsü bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsinin Azadlıq prospektində 1980-ci il təvəllüdlü Xaliq Kələntərov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Xaliq Kələntərov müştərisi ilə hesab üstündə dava edib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Polis hazırda həmin şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirir.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm