Özünü polis şöbəsinin pəncərəsindən atan şəxslə bağlı YENİ XƏBƏR - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Özünü polis şöbəsinin pəncərəsindən atan şəxslə bağlı YENİ XƏBƏR - (YENİLƏNDİ)

Dünən Tovuz rayon Polis Şöbəsində özünü 3-cü mərtəbədən atan şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, 48 yaşlı Tofiq Şükürov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və onun ərinin qətli ilə bağlı aparılan cinayət işinin istintaqı çərçivəsində ifadə verməyə çağırılıbmış. Onun şahid, yaxud şübhəli şəxs qismində şöbəyə gətirildiyi məlum deyil.

Bildirilir ki, T.Şükürov dəhlizdə olarkən pəncərəni açaraq özünü aşağı atıb. O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Tovuz Rayon Polis Şöbəsində dindirilmə zamanı özünü 3-cü mərtəbədən atan şəxslə bağlı bir sıra təfərrüatlar məlum olub.

Report-un məlumatına görə, bu gün saat 17 radələrində polis şöbəsində dindirilən rayon sakini, 48 yaşlı Tofiq Şükürovun narkotik vasitə istifadəçisi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə baş verən zaman T.Şükürov narkotik vasitənin təsiri altında olub. Hazırda xəstəxanada müalicə olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm