Qobustanda avtomobil aşdı - Yaralılar var
Bizi izləyin

Hadisə

Qobustanda avtomobil aşdı - Yaralılar var

Qobustan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə Qobustan-Xılmilli avtomobil yolunda qeydə alınıb.

"NİVA" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə Zəngilan rayon sakinləri - 1960-cı il təvəllüdlü Babayev Zaur İsa oğlu və 1991-ci il təvəllüdlü Səfiyev Məmmədyar Damət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm