• USD 1,7000 0,00% EUR 1,8876 0,00%
    • GBP 2,0559 0,00% RUB 0,0257 0,00%

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanıldı

Ötən gün respublikamızın daxili işlər orqanları tərəfindən 72 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Könül

Xəbər lenti

DAHA ÇOX XƏBƏR