FHN Qazaxda batan balıqçılarla bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN Qazaxda batan balıqçılarla bağlı məlumat yaydı

Qazax rayonunun Böyük Cəfərli kəndi ərazisindəki Didvan gölündə 2 nəfər suda boğulub.

Onlar 35-38 yaşlı Ömərov Adil, Mustafayev Elşəndir.

İlkin məlumata görə, balıqçıların olduğu qayıq aşıb.

Həmin şəxslərin balıqçı olduqları bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub və balıqçıların axtarışlarına başlanılıb./Report/

***

Fövqəladə Hallar Nazirliyi Qazaxda göldə batan balıqçılar barədə məlumat yayıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm