Ələt-Astara yolunda AĞIR QƏZA - - FOTO
Bizi izləyin

Hadisə

Ələt-Astara yolunda AĞIR QƏZA - - FOTO

Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağırtonnajlı “Shacman” yük maşını yolu dönmək istəyən “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ”ın sərnişini, rayonun Astanabad kənd sakini, 1968-ci il təvəllüdlü Abbasova Vəsilə Əkbərağa qızı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm