Sumqayıtda ağır yol qəzası: Ölənlər və yaralananlar var - - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Sumqayıtda ağır yol qəzası: Ölənlər və yaralananlar var - - FOTO/VİDEO

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, şəhərin 9-cu mikrorayonunda "Hyundai" markalı avtomobillə "Oka"nın toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Ölən şəxslərin avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitlərini xüsusi avadanlıqların köməkliyi ilə çıxarmaq mümkün olub. Hazırda onların kimliyi müəyyənləşdirilir. Yaralılar isə Sumqayıt şəhər TTYX-ya aparılıb. Xəstəxanadan verilən məlumata görə, gətirilən şəxslərin vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm