• USD 1,7000 0,00% EUR 1,9288 0,00%
    • GBP 2,2567 0,00% RUB 0,0264 0,00%

Hacı Mazana qarşı dələduzluq edən klinika sahibi şikayətini geri götürdü

Hacı Mazana qarşı dələduzluq edən klinika sahibi şikayətini geri götürdü

Mənimsəmə, sənəd saxtalaşdırılması və vergidən yayınmada ittiham olunan “Medi Sina” klinikasının sahibi Müğdət Həşimovun kasasiya şikayətinə baxılıb.

Publika.az xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin məhkəməyə ünvanlandığı ərizəsi elan edilib. Təqsirləndirilən şəxs prosesdə şikayətini geri götürdüyünü qeyd edib.

Hakim heyəti Müğdət Həşimovun kasasiya şikayətindən imtina etməsi barədə ərizəsini təmin edib. Onun verdiyi kasasiya şikayəti məhkəmə baxışından çıxarılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müğdət Həşimov 9 il azadlıqdan məhrum olunub. Məhkəmə onun ittiham olunduğu maddələrdən birinə - Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsinə xitam verib. Hökmdən narazı qalan Müğdət Həşimov və onun vəkili apelyasiya şikayəti verib. Müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmünün ləğvini və bəraət hökmünün çıxarılmasını istəyib. Həmçinin zərərçəkmiş Ramazan Zeynalov da apelyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Müğdət Həşimovun və zərərçəkmişin apelyasiya şikayəti təmin edilməyib. Bu qərardan narazı qalan təqsirləndirilən şəxs kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

İttihama görə, Müğdət Həşimov iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib. Ramazan Zeynalov müqavilə əsasında klinikanın yerləşdiyi binanı Müğdət Həşimova icarəyə verib, ancaq icarə haqqını ala bilməyib.

Bundan başqa, Müğdət Həşimov vergi ödəməkdən boyun qaçırıb və külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat edib. “Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.

Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib. İddiaçı tərəfin maddi təzminatla bağlı tələbini də Ali Məhkəmə 02 mart 2018-ci ildə təmin edib və "Medi Sina" klinikası da daxil olmaqla, cavabdehlərdən birdəfəlik 9,800 manat, həmçinin Elnarə Tofiqqızının övladlarının 18 yaşına çatana qədər hər birinə 136 manat (ali məktəbə girəcəkləri təqdirdə 23 yaşa qədər) məbləğində aylıq müavinət ödənilməsinə qərar verib. Ali Məhkəmənin qərarına uyğun olaraq, iddiaçılar Yasamal Rayon Məhkəməsinə təzminatla bağlı daha bir müraciət ünvanlayıblar.

Hacı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...