Ana və oğlu yol qəzasında öldü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Ana və oğlu yol qəzasında öldü - YENİLƏNDİ

Salyanda yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar Bakının Sulutəpə qəsəbəsinin sakinləri - 1968-ci il təvəllüdlü Şirəliyeva Kəklik Əlimərdan qızı və onun 1987-ci il təvəllüdlü oğlu Şirəliyev Ruslan Ariz oğludur.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Salyan rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Salyan rayonunun Qaraçala qəsəbəsində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı ölən sürücü və sərnişinin cəsədləri xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Hadisə zamanı digər avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıb.

***

Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Salyanın Peyk kəndi ərazisində qeydə alınıb.

“VAZ 21 015” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü, bir nəfərin xəsarət aldığı bildirilir.

***

Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az-ın APA-ya istinadən veridiyi xəbərə görə, hadisə Salyanın Peyk kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm