FHN mənzildə köməksiz qalan azyaşlıları xilas etdi
Bizi izləyin

Hadisə

FHN mənzildə köməksiz qalan azyaşlıları xilas etdi

Xırdalanda mənzildə köməksiz qalan 2 azyaşlı xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıblar.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qapının açılmasını təmin ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm