DİN Xaçmazdakı hadisə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN Xaçmazdakı hadisə ilə bağlı məlumat yaydı

Xaçmaz rayonunda 10 yaşlı E.Şıxıyev tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşına xəsarət yetirib.

DİN-dən Publika.az-a verilən məlumata görə, hadisə martın 13-də Xaçmaz rayonunun İlxıcı kəndində baş verib.

Kənd sakini, 10 yaşlı Emil Şıxıyev yaşadığı evdə tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşı, 13 yaşlı Rəvanın bud nahiyəsinə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş yaralının vəziyyəti qənaətbəxşdir.

Xaçmaz RPŞ-nin əməkdaşalrı tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi və giliz götürülüb.

***

Xaçmaz rayonunda 10 yaşlı oğlan qardaşını güllələyib.

Hadisə rayonun İlxıçı kəndində qeydə alınıb.

Məlumata görə, E.Ş. evdə nəzarətsiz qalan tüfənglə ehtiyatsız davrandığından 4 yaşlı qardaşı R.-ya atəş açıb.

Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm