Sabirabadda ata və oğul döyüldü
Bizi izləyin

Hadisə

Sabirabadda ata və oğul döyüldü

Sabirabad rayonunda döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.

Həmin kəndin sakinləri - 1972-ci il təvəllüdlü Qəniyev Adəm Xanbala oğlu və onun 1993-cü il təvəllüdlü oğlu Nəsimi Qəniyev tanıdığı şəxslər tərəfindən bellə döyülərək ağır xəsarət alıblar. Yaralılar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm