Zaqatalada 5 otaqlı ev yandı
Bizi izləyin

Hadisə

Zaqatalada 5 otaqlı ev yandı

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Publika.az FHN-ə istinadən xəbər verir ki, yanğın bu gün günorta saat 14:35 radələrində rayonun Mamrux kəndində, kənd sakini Ramazan Məhəmməd oğlu Əliyevə məxsus, ümumi sahəsi 140 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 60 kv/m, iki otağının tavanı 40 kv/m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm