Gəncədə 7 və 9 yaşlı uşaqları maşın vurdu
Bizi izləyin

Hadisə

Gəncədə 7 və 9 yaşlı uşaqları maşın vurdu

Gəncədə şəhərində 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin Mahrasa Bağı adlanan ərazisində qeydə alınıb.

Yeddi yaşlı Mədinə Elçin qızı Əlizadə və onun qonşusu, doqquz yaşlı Məryəm Əsgər qızı Hüseynova yolu keçmək istəyən zaman "VAZ " markalı avtomobil onları vurub. Hər iki yaralı öncə sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, daha sonra 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, hər iki azyaşlının vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm