Tovuzda QORXUNC ANLAR: təcili tibbi yardım maşını qəzaya düşdü
Bizi izləyin

Hadisə

Tovuzda QORXUNC ANLAR: təcili tibbi yardım maşını qəzaya düşdü

Tovuz rayonunda yaralını xəstəxanaya aparan təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Publika.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyinə məxsus "Mercedes" markalı təcili tibbi yardım maşını başqa bir maşınla toqquşub.

Xəsarət alanlar olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı artıb. Hazırda əraziyə başqa təcili yardım biriqadaları da cəlb olunub.

***

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, qəza Bakı-Qazax avtomobil yolunun Tovuz rayonun Cırdaxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan var.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm