Tufandağda 30 yaşlı gənc kanatdan yıxıldı
Bizi izləyin

Hadisə

Tufandağda 30 yaşlı gənc kanatdan yıxıldı

Tufandağda 30 yaşlı gənc kanatdan yıxılaraq xəsarət alıb.

"Report" xəbər verir ki, Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Elvin Xəqani oğlu İsgəndərov Qəbələ rayonunda Tufandağ istirahət kompleksində kanatdan yıxılaraq dəmir parçalarının altında qalıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Sumqayıta gətirilib və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm