Şamaxıda BƏDBƏXT HADİSƏ: 12 yaşlı uşağın əlində fişəng partladı
Bizi izləyin

Hadisə

Şamaxıda BƏDBƏXT HADİSƏ: 12 yaşlı uşağın əlində fişəng partladı

Şamaxıda Novruz əyləncəsi bədbəxt hadisə ilə nəticələnib.

Publika.az xəbər verir ki, 12 yaşlı uşağın əlində fişəng partlayıb. Nəticədə rayonun Məlhəm kənd sakini 2006-cı il təvəllüdlü Kamal Mais oğlu Cəbrayılov sağ əlinin şəhadət barmağının bir hissəsinin qopması, əlin ovuc nahiyyəsinin cırılmış-parçalanmış yarası və sol əlin vətərlərində əzilmə yarası ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.

Xəstəyə yardım göstərilib. Aparılan cərrahiyə əməliyyatından sonra sağ əlin şəhədət barmağının baş hissəsi kəsilərək götürülüb. Xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur.

Faktla bağlı araşdırma aparılır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm